Çinli turist pis qoxuya görə həbs olundu


Dünya 26 Apr 2018 19:24:00 276 0

Çinli turist pis qoxuya görə həbs olundu

Meksikanın paytaxtı Mexiko hava limanında polislər çinli turisti saxlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, turistin çantasında nəsli kəsilməkdə olan balığın hissələri aşkar edilib.

Polisləri çinli turistin çantasından gələn pis qoxu cəlb edib. Brakonyerlikdə ittiham olunan turist həbs olunub.

O, 600 dollar həcmində cərimə ödədikdən sonra şərti azadlığa buraxılıb.