İki rayonda qaz olmayacaq


Digərləri 26 Apr 2018 19:26:00 222 0

İki rayonda qaz olmayacaq

Sabah Bakı şəhəri Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 76mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski  küçəsi  72 ünvanında yeraltı diametri 108mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar aprelin 27-də saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində,eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.