ADGTTnın aktrisası Beynəlxalq müsabiqənin qalibi oldu


Kriminal 26 Apr 2018 19:18:00 286 0

ADGTTnın aktrisası Beynəlxalq müsabiqənin qalibi oldu

ADGTT-nın gənc və istedadlı aktrisası Səbinə Məmmədova Rusiya Federasiyasının və Moskva vilayətinin Mədəniyyət Nazirliklərinin dəstəyi və RF Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə baş tutacaq XII Beynəlxalq Yay Teatr məktəbində təhsil almaq üçün müsabiqədə qalib gəlmişdir.

Gənc aktrisa dünyanın 30 xarici ölkə teatrları və Rusiya Federasiyasının 40 şəhərindən olan teatr aktyorları arasında seçilərək bu il iyun ayının 1-dən 28-dək Moskvada keçiriləcək Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edəcəkdir.

RF - Teatr Xadimləri İttifaqı artıq 12-ci ildir teatr sənəti sahəsində belə bir iri miqyaslı təhsil layihəsini reallaşdırır.

RF Xalq Artisti, RF-nın Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kolyaginin rəhbərliyi ilə gerçəkləşən və səhnə sənəti ilə məşğul olan gənclər üçün böyük önəm kəsb edən Beynəlxalq Teatr Yay məktəbində 3 həftə müddətində müdavimlər aktyor sənətinin vacib elementlərini özündə birləşdirən ustad dərslərdə, treninqlərdə, nəzəri mühazirələrdə, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti, əlaqəli improvizasiya, vokal, ritmika, müasir rəqslər, qrim, qılınc və səhnə döyüşləri üzrə təlimlərə cəlb ediləcəklər.