Porto, Benfica və Sporting futbolçuları dopinq testdən keçib


İdman 26 Apr 2018 19:20:00 279 0

Porto, Benfica və Sporting futbolçuları dopinq testdən keçib

Portuqaliyada böyük antidopinq əməliyyatı başlayıb. Goal.az xəbər verir ki, bu məqsədlə yaradılan xüsusi komitə futbolçulardan test götürəcək. 26 apreldə ölkənin 3 aparıcı klubu - Porto, Benfica və Sporting komitənin əməkdaşlarını qəbul edib. Testdə əsas diqqət qadağan olunmuş eritropetin preparatına yönəldiləcək.

Portuqaliyada çempionluq mübarizəsi məhz qeyd olunan klublar arasında gedir. Lider 79 xalla Porto-dur. Benfica liderdən 2, Sporting isə 3 xal geri qalır.