Zaxarova: Rusiya Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunacağına ümid edir


Siyasət 26 Apr 2018 18:52:00 254 0

Zaxarova: Rusiya Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunacağına ümid edir

Rusiya tam səmimiyyətlə ümid edir ki, Ermənistanda daxili vəziyyətin sabitləşməsindən sonra Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar bərpa olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz mövqeyimizi dəfələrlə səsləndirmişik. Bu, dinc siyasi danışıqlar və razılaşmalar məsələsidir və bu məsələdə heç bir halda çətinliklər olmamalıdır. Çıxış yolu yalnız sülh danışıqları məcrasında olmalıdır".