Sabah Bakının 2 rayonunda qaz olmayacaq


Digərləri 26 Apr 2018 18:21:00 198 0

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

Sabah Bakının Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bakı. Sabah Bakının Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, yeni çəkilmiş diametri 76mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski küçəsi 72 ünvanında yeraltı diametri 108mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar 27 aprel 2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində,eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.