Zlatan İbrahimoviç dünya çempionatında oynamayacaq - RƏSMİ


İdman 26 Apr 2018 18:13:00 324 0

Zlatan İbrahimoviç dünya çempionatında oynamayacaq - RƏSMİ

LA Galaxy klubunun hücumçusu Zlatan İbrahimoviç 2018-ci il dünya çempionatında iştirak etməyəcək. Goal.az xəbər verir ki, İsveç Futbol Federasiyası ulduz futbolçunun milliyə çağrılmayacağı barədə rəsmi açıqlama verib.

"Zlatanla aprelin 24-ü söhbət etmişik. Onun milliyə qayıtmaq istədiyini deyirdilər, amma belə deyil" - millinin baş meneceri Lars Rixt deyib.

Qeyd edək ki, daha öncə milli komandanın baş məşqçisi Yanne Anderson İbrahimoviçin beynəlxalq karyerasını bərpa etmək üçün onunla əlaqə saxlamasını zəruri hesab etmişdi.