Ramil Usubov: Vətəndaşların şikayətlərinə biganə yanaşılmamalıdır (FOTO)


Digərləri 26 Apr 2018 18:01:00 247 0

Ramil Usubov: Vətəndaşların şikayətlərinə biganə yanaşılmamalıdır (FOTO)

Daxili İşlər Nazirliyində geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı. Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarsıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, nazirliyin baş idarə, idarə və şöbə, həmçinin paytaxtın, Sumqayıt şəhərinin və Abşeron rayonunun polis orqanlarının, təhsil müəssisələrinin rəislərinin, nizami hissə komandirlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il aprel ayının 11-də keçirilmiş seçkilərdə seçicilərin 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi bütün şəxsi heyət adından təbrik edib, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin yüksəldilməsi, hərtərəfli inkişafı, xalqımızın maddi rifahının daha da yaxşılaşdırılması yönündə ali dövlətçilik fəaliyyətində ona böyük uğurlar arzulayıb. R.Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimindəki nitqində ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi çatışmazlıqların mövcudluğunu xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib. Qarşıya qoyulan mühüm vəzifələrdən söz açan nazir bu sırada ölkədə vətəndaş məmnunluğunun təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. General-polkovnik R.Usubov bu tapşırığın icrası ilə bağlı polisin qanunla müəyyən edilmiş funksiyalarının hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini, əməkdaşların etik davranış qaydalarına əməl etmələrini, bu işə nəzarətin gücləndirilməsini, cəmiyyətdə polisin nüfuzunun yüksəldilməsi üzrə işlərin sistemli şəkildə davam etdirilməsini tələb edib.