XİNdən LavrovNalbandyan görüşü ilə bağlı


Siyasət 26 Apr 2018 17:51:00 235 0

XİNdən LavrovNalbandyan görüşü ilə bağlı

Müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin təmas xəttində hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir.

Son.az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq, Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan tərəfindən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin müzakirə olunmasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin ölkədaxili siyasi məqsədlər üçün təxribat məqsədilə Azərbaycanın işğal olunmuş əraziləri boyunca, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyəti gərginləşdirməyə və hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir:

"Qeyd etdiyimiz kimi, Serj Sarkisyanın hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə gələcək sağlam siyasi qüvvələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli üzrə danışıqlara hazırıq".