Real Madrid'də ciddi itki


İdman 26 Apr 2018 17:52:00 265 0

Real Madrid'də ciddi itki

Real Madrid itki ilə üzləşib.

Goal.az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Dani Karvahal sıradan çıxıb. Çempionlar Liqasının yarımfinal mərhələsinin Bayern Munchen'lə səfər görüşündə zədələnən müdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Baldırından zədə alan Karvahal cavab oyununu buraxmalı olacaq. 

Xatırladaq ki, Bayern Munchen və Real Madrid arasında Münhendə keçirilmiş ilk matç ispanların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Cavab görüşü mayın 1-də, Madriddə baş tutacaq.