"ShamkirChess 2018": Təmsilçilərimiz heç-heçə oynadı


İdman 26 Apr 2018 17:07:00 260 0

"ShamkirChess 2018": Təmsilçilərimiz heç-heçə oynadı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VII turun görüşləri keçirilir. Goal.az xəbər verir ki, hesabat turunda Azərbaycanın iki qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəlib. Görüş 48-ci gedişdən sonra heç-heçə başa çatıb. Hazırda David Navara (Çexiya) - Dinq Liren (Çin), Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya), Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan), Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir.

Qeyd edək ki, Teymur Rəcəbovun turnirdəki bütün görüşləri bərabərliklə yekunlaşıb. Şəhriyar Məmmədyarov isə bir görüşdə məğlub olub və digər oyunları heç-heçə başa çatıb.