Şahid: Leyla Şıxlinskayanın itinin qidası üçün ayda 500 manat ayrılıb


Digərləri 26 Apr 2018 17:08:21 244 0

Şahid: Leyla Şıxlinskayanın itinin qidası üçün ayda 500 manat ayrılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən ekspert Zaur Məmmədov bildirib ki, klinikaya aid mühasibatlıq sənədlərini yoxlayıb: "Klinikanın bizə təqdim etdiyi sənədlər "qara mühasibatlıq" sənədləri idi. Biz həmin sənədlərdə yalnız rəqəmlərlə işlədik, sənədin doğruluğuna istintaq qiymət vermişdi". Vəkil bildirib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin aylıq yeməyi üçün 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub. Ekspert Z.Məmmədov faktı təstiqləyib.