“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək (FOTO)


Digərləri 26 Apr 2018 16:41:00 216 0

“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək (FOTO)

Bakcell şirkəti Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə birlikdə Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkil etdiyi Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək göstərib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə birlikdə Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkil etdiyi Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək göstərib. “Bakcell”dən Trend-ə verilən məlumata görə, konsertdə UFAZ-nın mühəndislik fakültələrinin tələbələri çıxış ediblər. Tədbir zamanı tələbələrin teatr tamaşaları, piano və mahnı ifaları və həmçinin çəkdikləri qısa videolar nümayiş etdirilib. Qeyd edək ki, “Bakcell”in dəstəyilə keçirilmiş konsert Lycée Français de Bakou (UFAZ universitetinin xor ansamblı) və “ADO Theatre-Collective”in səhnə rejissoru Elza Furtadonun iştirakı ilə təşkil edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir. Bakcell şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.