Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər


Siyasət 26 Apr 2018 16:39:16 252 0

Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

Mariya Zaxarova: "Tərəflər təmas xəttindəki vəziyyəti barədə danışıblar"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı vəzifəsini icra edən Edvard Nalbandyan ilə Moskvada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Bu gün Sergey Lavrov ilə erməni həmkarı Nalbandyan arasında qısa görüş keçirilib. Həmçinin təmas xəttindəki vəziyyət müzakirə olunub", - M.Zaxarova vurğulayıb.