"Parkomatların BNAya verilməsi bu sahədə dəyişikliyə səbəb olacaq"


Digərləri 26 Apr 2018 16:34:00 249 0

"Parkomatların BNAya verilməsi bu sahədə dəyişikliyə səbəb olacaq"

Bakıda avtomobil yollarının kənarlarında quraşdırılan parkomatların idarəetməsinin Bakı Nəqliyyat Agentliyinə verilməsi bu prosesdə xeyli müsbət dəyişikliklərə gətirib çıxara bilər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynovun sözlərinə görə, indiyə qədər bu prosesdə qarışıqlıq var idi: "Bu vaxta qədər avtobus zolağının çəkilməsi Bakı Nəqliyyat Agentliyinin, parkomatların quraşdırılması isə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil idi. Bu da bir sıra hallarda ona gətirib çıxarırdı ki, avtobus zolaqlarında parkomatlar quraşdırılırdı. Nəticədə isə nəqliyyatın hərəkətində qarışıqlıq yaranırdı. Amma parkomatlarla bağlı səlahiyyətin Bakı Nəqliyyat Agentliyinə verilməsindən sonra belə hallar olmayacaq. Bundan sonra prosesdə real nəticələri görmək olar".

Qeyd edək ki, bu il aprel ayının 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.