"ABŞ bir sıra ölkələrə təzyiq edib"


Dünya 26 Apr 2018 16:38:00 238 0

"ABŞ bir sıra ölkələrə təzyiq edib"

ABŞ Soçidə keçirilən təhlükəsizlik üzrə beynəlxalq görüşə qatılmamaq üçün bir sıra ölkələrə təzyiq göstərərək onları Rusiyaya getməməyə çağırıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev jurnalistlərə bildirib.

"Tərəfdaşlarımızla söhbət edərkən bu məlumat təsdiqini tapdı. Onların bəziləri bu tədbirə qatılmamaqla əlaqədar təzyiqlərlə üzləşdiklərini, amma iştirak etməyi qərara aldıqlarını bildirdilər. Hazırlıq dövründə bəzi ölkələr, adlarını çəkməyəcəyəm, üzləşdikləri təzyiqlərlə əlaqədar çoxtərəfli tədbirlərdə iştirak edə bilməyəcəklərini, ancaq ikitərəfli əməkdaşlığın inkişafına önəm verdiklərini və bunda maraqlı olduqlarını söylədilər", - N.Patruşev deyib.

Xatırladaq ki, Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək səviyyəli nümayəndələrin 9-cu beynəlxalq görüşü keçirilir. Görüşdə 117 ölkə, o cümlədən Azərbaycan iştirak edir.