Azərbaycandakı hotellərdə daha çox BƏƏ və Rusiya vətəndaşları gecələyir


Digərləri 26 Apr 2018 16:30:46 196 0

Azərbaycandakı hotellərdə daha çox BƏƏ və Rusiya vətəndaşları gecələyir

Azərbaycandakı hotellərdə daha çox BƏƏ və Rusiya vətəndaşları gecələyir.

Bakı. 2018-ci ilin birinci rübündə Azərbaycandakı mehmanxanalarda 586,0 min gecələmə olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz çoxdur. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələ, 8,6 faizi Qusar, 4,8 faizi Naftalan, 3,8 faizi Naxçıvan Muxtar Respublikası, 3,7 faizi Quba, 1,0 faizi Gəncədə, hər birində 0,8 faiz olmaqla Lənkəran və Masallıda, hər birində 0,5 faiz olmaqla Tovuz və Qazaxda, 7,8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir. Gecələmələrin 18,3 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14,0 faizi Rusiya Federasiyası vətəndaşları, 9,4 faizi İran vətəndaşları, 4,9 faizi Türkiyə vətəndaşları, 4,4 faizi ABŞ vətəndaşları, 3,7 faizi Qətər vətəndaşları, 3,3 faizi Böyük Britaniya vətəndaşları, 3,1 faizi Küveyt vətəndaşları, 1,6 faizi Ukrayna vətəndaşları, 1,5 faizi Almaniya vətəndaşları, 0,8 faizi İtaliya vətəndaşları, 0,7 faizi Gürcüstan vətəndaşları, 34,3 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.