"Bir kütlə ki, Üzeyiri bu gün sevirsə..."


Şou-biznes 26 Apr 2018 16:02:00 259 0

"Bir kütlə ki, Üzeyiri bu gün sevirsə..."

Prodüser Tarix Əliyev (Tolik) qalmaqallı açıqlaması ilə gündəmdədir. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, prodüser aparıcısı olduğu "Hər şey daxil" verilişində müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirlərini bölüşərək bunları deyib: 

"Bir kütlə ki, Üzeyiri bu gün sevirsə, o, azərbaycanlı kütləsidir. O nə ermənidi, nə talışdı, nə qazaxdı. Biz onu kütlələrə bölməməliyik. 50 milyonluq azərbaycanlıyıq. Üzeyirə qulaq asanlar yaxşı adam deyil, Miri Yusifə qulaq asanlar yaxşıdır? Bu nə deməkdir? Bunu hansı kriteriyalarla götürürük?".