Miranda: "İtaliya A Seriyasının ən yaxşı müdafiəçisiyəm"


İdman 26 Apr 2018 16:06:00 252 0

Miranda: "İtaliya A Seriyasının ən yaxşı müdafiəçisiyəm"

İnter-in müdafiəçisi Joao Miranda özünü A Seriyasının ən yaxşı arxa xətt oyunçusu hesab edir. Goal.az xəbər verir ki, braziliyalı futbolçu fikrini belə əsaslandırıb:

"Təcrübə baxımından və başqa aspektlərdən İtaliya A Seriyasının ən yaxşı müdafiəçisiyəm. Fikrimcə, müdafiəçiyə lazım olan hər şey, o cümlədən texnika və sürət məndə var. Meydanda və ondan kənarda özümü sakit aparıram. Bir hərəkəti etməzdən öncə həmişə dərindən düşünürəm".

Miranda Braziliya millisinin də üzvüdür. O, böyük ehtimalla Rusiyadakı mundialda iştirak edəcək.