Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Azərbaycana may ayında səfər edəcək


Siyasət 26 Apr 2018 15:57:44 287 0

Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Azərbaycana may ayında səfər edəcək

Baronessa Emma Nikolson illik "Caspian Oil & Gas" sərgisində iştirak etmək üçün Bakıya gələcək

Böyük Britaniyanın baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson Azərbaycana may ayında səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Energetika, ticarət və investisiya şöbəsinin rəhbəri Stiven Smit bildirib.

O qeyd edib ki, baronessa Emma Nikolson illik "Caspian Oil & Gas" sərgisində iştirak etmək üçün Bakıya gələcək.

Xatırladaq ki, illik Xəzər neft-qaz konfransı Bakıda mayın 29-dan iyunun 1-dək keçiriləcək.