Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqladı


Dünya 26 Apr 2018 15:46:00 276 0

Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqladı

"Ədalət və İnkişaf Partiyasından (AKP) kənarda siyasi fəaliyyətim olmayacaq, qarşıdan gələn seçkidə isə millət vəkilliyinə namizədliyimi irəli sürməyəcəyəm".

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu aprelin 26-da keçirdiyi mətbuat konfransında bildirib.

O, Türkiyənin 11-ci prezidenti Abdullah Güllə görüşdən sui-istifadəyə imkan verməyəcəyini də vurğulayıb.