Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb


Digərləri 26 Apr 2018 15:38:00 249 0

Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb

Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət işi ibtidai istintaqa qaytarılıb.

Son.az xəbər verir ki, zərərçəkmiş şəxsin vəkili Hafiz Ələsgərov APA-ya deyib ki, bu işə iki ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində baxılırdı. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

Qeyd edək ki, 2015-ci ilin mart ayında "StarMed" klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Mürsəlova dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.