Ailə quran azərbaycanlı müğənninin əvvəlki halından əsər qalmadı VİDEO


Digərləri 26 Apr 2018 15:20:00 329 0

Ailə quran azərbaycanlı müğənninin əvvəlki halından əsər qalmadı  VİDEO

Ötən ilin sonunda ikinci dəfə ailə həyatı quran əməkdar artist Abbas Bağırovun yeni görkəmi görənləri təəccübləndirib.

Son.az xəbər verir ki, "10-dan sonra" verilişinin aparıcısı Yusif Ağayev veriliş zamanı kadr arxasında gördüyü Abbası efirə dəvət edib. Əməkdar artist canlı yayımda bu gün doğum gününü qeyd edən Manaf Ağayevi təbrik edib. 

Studiyadan getməyə hazırlaşan Abbasın evlilikdən sonra artıq çəki alması aparıcının diqqətindən qaçmayıb.

Manaf Abbasın kökəlməyini "Evlənəndən sonra kökəlirsən. Evlənmək belədir də" sözləri ilə ifadə edib.

Qeyd edək ki, Abbas toyuna kimi "fit" görüntüsü ilə seçilən yerli şou-biznes nümayəndələrindən idi.