Heydər Əliyev prospektində yol qəzası tıxac yaratdı FOTO


Digərləri 26 Apr 2018 15:10:00 270 0

Heydər Əliyev prospektində yol qəzası tıxac yaratdı  FOTO

Bakıda gündüz saatlarında yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, paytaxtın Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.


Xəbərə aid fotolar