2018ci ildə istifadəyə veriləcək elektrik stansiyalarının SİYAHISI


Digərləri 26 Apr 2018 15:15:00 236 0

2018ci ildə istifadəyə veriləcək elektrik stansiyalarının SİYAHISI

Bu il Azərbaycanda generasiya gücünü artırmağa imkan verən bir sıra enerji obyektləri istifadəyə veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev deyib.

O bildirib ki, 2018-ci ildə 424 meqavatt gücündə Mingəçevir su elektrik stansiyası rekonstruksiyadan sonra işə düşəcək. Bu obyektin rekonstruksiyası 2010-2017-ci illərdə aparılıb:

"Bakıda "Şimal-2" stansiyasında 409 meqavatt gücündə ikinci enerji blokunun tikinti işləri yekunlaşır. Obyektin bu il istifadəyə veriləcəyi gözlənilir. Bundan başqa, 2018-ci ildə Lerikdə 16,5 meqavatt gücündə elektrik stansiyası istifadəyə veriləcək".