Ekspert: "ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadi artım tempinə təsir edəcək"


İqtisadiyyat 26 Apr 2018 15:01:00 288 0

Ekspert: "ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadi artım tempinə təsir edəcək"

"Bu, Rusiya biznesində fürsətləri və investisiyaları məhdudlaşdırır"

"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar konkret şəxslərə aid olmaqla siyasi format daşısa da,əslində Rusiyanın biznes dairələrinə, xüsusilə də Rusiyaşirkətlərindəki tərəfdaşlara və investorlara tətbiq edilən məhdudiyyətlərdir. Bu, Rusiya biznesində fürsətləri və investisiyaları məhdudlaşdırır".

Bunu "Report"a açıqlamasında rusiyalı maliyyəçi Konstantin Korişonko sanksiyaların ölkə iqtisadiyyatına təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatının artım tempinə təsir edəcək.

"Sanksiyalar Rusiya şirkətləri üçün mühafizənövüdür, çünki xarici şirkətlərin ölkədə fəaliyyəti məhdudlaşdırılır. Üstəlik Deripaska, Vekselberq kimi sahibkarlar aktivlərini milliləşdirməyə məcbur olur,nəticədə sonradan özəlləşdirmə üçün mülkiyyətin şaxələndirilməsi imkanı yaranır. Ümumilikdə isə, sanksiyaların təsiri birmənalı deyil: bir tərəfdən Rusiya iqtisadiyyatının artımı zəifləyibsə, digər tərəfdən "məcburi" struktur islahatları həyata keçirilib, milli biznes dəstəklənib və nəticə olaraq Rusiyanın məcburi şəkildə Şərqə istiqamətlənməsi halında Qərb tərəfdaşları üçün Rusiyada böyük istehlakçı bazarı və xammal mənbəyini itirmək riski yaranıb".