Boatenqin zədəsi kifayət qədər ciddi çıxıb


İdman 26 Apr 2018 15:05:00 291 0

Boatenqin zədəsi kifayət qədər ciddi çıxıb

Almaniya millisinin üzvü Jerom Boatenq qarşıdakı dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşib. Goal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən Bayern Munchen - Real matçında (1:2) zədələnib. Tibbi müayinə onun əzələsində problem olduğunu göstərib. Təxminin bərpa müddəti 6 həftədir. Boatenqin Real-la cavab görüşünü və Almaniya kubokunun finalını buraxacağı dəqiqdir. Ehtimal var ki, futbolçu mundiala qədər lazımi forma yığa bilməyəcək. Boatenq əvvəlki uzunmüddətli zədəsini 1 ay öncə sağaltmışdı.