Ermənistanda daha bir neçə nazir və qubernator istefa verdi


Dünya 26 Apr 2018 14:40:00 211 0

Ermənistanda daha bir neçə nazir və qubernator istefa verdi

Ermənistanda Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefa veriblər.

Son.az APA-ya istinadən xəbər verir ki, ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa qərarlarını açıqlayıblar.