Təhsil Nazirliyi: "Xaricdə təhsil alan 15 mindən çox şəxsin diplomu tanınıb"


Digərləri 26 Apr 2018 14:48:00 277 0

Təhsil Nazirliyi: "Xaricdə təhsil alan 15 mindən çox şəxsin diplomu tanınıb"

Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu günə qədər Təhsil Nazirliyinə edilən müraciətlərdən 15 mindən çoxuna müsbət cavab verilib, diplomların 3 mindən çoxu isə tanınmayıb.

Son.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib.

Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmamasının əsas səbəblərini də açıqlayıb.