Türkiyə Avropa çempionatını keçirməyə namizəd oldu


İdman 26 Apr 2018 14:46:00 262 0

Türkiyə Avropa çempionatını keçirməyə namizəd oldu

Türkiyə Futbol Federasiyası 2024-cü il Avropa çempionatına ev sahibliyi üçün namizədliyini verib. Goal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören lazımi sənədləri UEFA-nın baş katibi Teodor Teodoridisə təqdim edib. Türkiyə rəsmi müraciəti 2 mart 2017-ci ildə etmişdi. Əsas rəqib turnirin keçirilməsinə iddialı Almaniyadır. Avropa çempionatının ev sahibi sentyabrın 27-də UEFA İcraiyyə Komitəsinin toplantısında müəyyənləşəcək.

"Ardıcıl 4-cü dəfə turniri təşkil etmək üçün namizədliyini verən ölkəmizə inanılmaz dövlət dəstəyi var. Əlavə və innovativ yönlü olmaqla bütün növ zəmanətlər verilir ki, bu da Avropa çempionatının maliyyə uğurunu təmin edəcək" - federasiya prezidenti Demirörün qeyd edib.