Çexiyada zəhərli maddə sızdı:


Dünya 26 Apr 2018 14:38:17 267 0

Çexiyada zəhərli maddə sızdı:

Çexiyanın şimal-qərbindəki Deçin şəhərində kimya müəssisələrinin birində fenol toksik maddəsinin sızması baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, fenol toksik maddəsinin sızması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.