İvanişvili Gürcüstanın hakim partiyasının sədri oldu


Dünya 26 Apr 2018 14:21:00 214 0

İvanişvili Gürcüstanın hakim partiyasının sədri oldu

Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri dəyişib.

Son.az APA-ya istinadən xəbər verir ki, baş nazir Giorgi Kvirikaşvili partiya sədrliyindən istefa verib.   Keçmiş baş nazir, "Gürcü Arzusu" blokunun yaradıcısı, iş adamı Bidzina İvanişvili hakim partiyanın sədri təyin olunub. G.Kvirikaşvili deyib ki, partiyaya rəhbərlik B. İvanişviliyə təklif olunub və o, təklifi qəbul edib. Baş nazir qeyd edib ki, yaxın gələcəkdə partiyanın qurultayı keçiriləcək: "İnanıram ki, partiya Bidzina İvanişvilinin sədrliyini yekdilliklə dəstəkləyəcək".