“İstədiyimi tapmamışam” Sevda Yahyayeva VİDEO FOTO


Şou-biznes 26 Apr 2018 14:03:00 582 0

“İstədiyimi tapmamışam”  Sevda Yahyayeva  VİDEO  FOTO

ARB Ulduz-un "Virtual həyat" proqramının növbəti qonağı müğənni Sevda Yahyayeva olub. "Dəyişmək saçlardan başlayır" deyən ifaçı bu dəfə tamam başqa bir imicdə kameramız önünə keçib: "Bir müddət idi ki, uzun saçlı qız idim. Hazırda saçım bu cürdür. İki gündən sonra bilmirəm ki, necə olacaq. Stilist Anar Ağakişiyev mənim üçün maraqlı bir saç düzümü fikirləşib. Həmin stil üçün bir az qaralmalıyam. Hər gün soruşur ki, qaralırsan? Deyirəm, yox.

Dostlarım da deyir ki, bu saç sənə yaraşır. Belə qısa saçlarla özümü çox rahat hiss edirəm. Hələ ki, beləyəm, sonra nə olacaq deyə bilmərəm". Özü bəyənmədiyi mahnını tamaşaçısına da dinləməyi rəva bilməyən müğənni, yaxşı bəstəkarlar olsa da, yaxşı mahnıların azlığından şikayətləndi. "Müxtəlif mövzu və janrlarda mahnılar olub. Göndəriblər, qulaq asmışam. Özüm bəyənmədiyim mahnını heç vaxt ifa etmirəm. Onsuz da, səni toya, tədbirə çağıran, sənin ifanı bəyənirsə, dəvət edəcək. Bəyənmirsə, nə edirsən et, bəyənməyəcək. Ona görə də tamaşaçılara yaxşı mahnı təqdim etmək lazımdır. Yaxşı mahnı demək indi o qədər çətindir ki. Yaxşı bəstəkarlarımız var. Bəzilərinin yanına, hələ ki, getməmişəm. Ətrafımda olan dostlarım da mahnı bəstələyir. Hazırda istədiyimi tapmamışam. Yazın, göndərin mənə, yaxşı mahnıya ehtiyacım var".

Sevda Yahyayeva ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto