Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib


Digərləri 26 Apr 2018 13:59:02 222 0

Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Bakı. Bu gün Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, anım mərasimində səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Azərbaycan diasporunun fəalları, gənclər və media təmsilçiləri iştirak edib. Tədbirə qatılanlar ilk öncə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq - alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkşafında misilsiz xidmətləri olub. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim obrazı canlanır. Səfir İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirib.