Siyəzəndə kanalda qadın meyiti tapıldı


Digərləri 26 Apr 2018 13:40:00 253 0

Siyəzəndə kanalda qadın meyiti tapıldı

Siyəzəndə kanalda qadın meyiti tapılıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.