Boca Juniors-un futbolçusu boş qapıya qol vura bilməyib


İdman 26 Apr 2018 13:49:00 301 0

Boca Juniors-un futbolçusu boş qapıya qol vura bilməyib

Boka Juniors klubunun futbolçusu Ramon Abila Palmeiras-la Libertadores Kubokunun qrup mərhələsinin ev oyununda əlverişli qol imkanını qaçırıb. Goal.az xəbər verir ki, sağ cinahdan ötürmə alan 29 yaşlı hücumçu qapı xəttinin üzərindən topu tora göndərə bilməyib. Halbuki, həmin vaxt qonaq komandanın qolkiperi Jailsonun ona heç bir maneçilik törətmək imkanı olmayıb. Matç Palmeiras-ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.