Renault komandasının icraçı direktoru: Bakı bizim üçün yeni mərhələnin başlanğıcı olacaq


Digərləri 26 Apr 2018 13:35:00 225 0

Renault komandasının icraçı direktoru: Bakı bizim üçün yeni mərhələnin başlanğıcı olacaq

“Bakı bu mövsüm bizim üçün yeni mərhələnin başlanğıcı olacaq".

Bakı. “Bakı bu mövsüm bizim üçün yeni mərhələnin başlanğıcı olacaq". Trend-in məlumatına görə, bunu 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Renault komandasının icraçı direktoru Siril Abitebul deyib. S.Abitebul qeyd edib ki, Barselonada mühərrikə edilən dəyişikliklərdən sonra bolidin qanadlarına şassi yenilikləri tətbiq ediləcək: "İnanırıq ki, bu dəyişikliklər performansımızı qoruyub saxlamağımıza imkan verəcək. Hər bir elementin işlədiyinə əmin olmalıyıq”. Komandanın pilotları isə məqsədlərinə çatmaq üşün böyük səy göstərəcəklərini vurğulayıblar. Pilot Karlos Sayns deyib ki, bacardıqca çox xalla geri qayıtmağı düşünür: