"Azərenerji" elektrik enerjisinin satışından gəlirini 25% artırıb - YENİLƏNİB


İqtisadiyyat 26 Apr 2018 13:27:00 299 0

"Azərenerji" elektrik enerjisinin satışından gəlirini 25% artırıb - YENİLƏNİB

Səhmdar cəmiyyət illik maliyyə hesabatını açıqlayıb

"Azəenerji" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3 652 924 min manat təşkil edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 644 933 min manat yaxud 15% azdır.

2017-ci ildə "Azərenerji"nin cəmi öhdəlikləri 223 645 min manat yaxud 7,83% azalaraq 2 632 686 min manata, cəmi kapitalı 421 288 min manat və ya 15,35% azalaraq 1 020 238 min manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 1 760 495 min manat qalıb.

Ötən il "Azerenerji"nin elektrik enerjisi satışından gəliri 1 010 337 min manat (əvvəlki ilənisbətən 25,2% çox), elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 2 999 min manat (0,3% çox), yanacaq xərcləri 647 584 min manat (təxminən 1,7 dəfə çox), köhnəlmə və amortizasiya xərcləri 183 136 min manat (19,8% çox), təmir və texniki xidmət xərcləri 72 757 min manat (3,3 dəfə çox), əmək haqqı xərcləri 42 066 minmanat (1,1% çox), gəlir vergisindən başqa digər vergiləri 11 826 manat (45,2% az), xammal və material xərcləri 14 078 min manat (15,6% çox), alınmış enerji xərcləri 8 114 min manat (2,7% az), kreditlərin və debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən gəliri 141 166 min manat (ötən il zərər olub), digər əməliyyat xərcləri isə 38 506 min manat (32,5% çox) təşkil edib. Son nəticədə şirkətin əməliyyat mənfəəti 136 435 min manat olub ki, bu daillik müqayisədə 5,3% azdır.

2017-ci ildə "Azərenerji"nin maliyyə xərcləri 44 206 min manat (2016-cı ilə nisbətən 7,6% çox), xarici valyuta mübadiləsindən zərəri 16 737 min manat (92,4% az), kreditor borcların silinməsindən gəliri 137 min manat (95,9% az), əmlak, tikinti və avadanlıqların dəyərsizləşməsindən itkisi isə 599 050 min manat (25,1 dəfə çox) təşkil edib. Bununla da, şirkətin vergiyəqədərki zərəri 523 421 min manat olub ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur.

Ötən il "Azərenerji" 79 452 min manat mənfəət vergisi ödəyib və ili 602 873 min manat zərərlə başa vurub. Bu, da əvvəlki ilə nisbətən 5,5 dəfə çoxdur.