Cerrard Şotlandiya klubunda işləyə bilər


İdman 26 Apr 2018 12:53:00 261 0

Cerrard Şotlandiya klubunda işləyə bilər

Liverpool-un U-21 komandasının baş məşqçisi Stiven Cerrard fəaliyyətini Şotlandiyada davam etdirə bilər. Goal.az xəbər verir ki, gənc mütəxəsisin adı Rangers-lə hallanır. Qlazqo klubunun prezidenti Deyv Kinq Cerrardla əlaqə saxlayıb mümkün müqavilənin şərtlərini müzakirə edib. Hazırda Rangers-i Qrem Marti çalışdırır. O, fevralın 10-da bu posta təyin olunub.

Şotlandiya çempionatında Qlazqo klubu sona 4 tur qalmış 65 xalla ikinci pillədə qərarlaşıb.