Mənzildən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutuldu


Digərləri 26 Apr 2018 12:59:00 224 0

Mənzildən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutuldu

Nəsimi rayonu ərazisindəki mənzillərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamo Babayev saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan İmişli rayon sakini Ş.Babayev aprelin 24-də rayondakı mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.