"Mançinini nə insan, nə də məşqçi kimi onu bəyənmirdim"


İdman 26 Apr 2018 12:35:00 240 0

"Mançinini nə insan, nə də məşqçi kimi onu bəyənmirdim"

Medipol Başakşehir-in hücumçusu Emmanuel Adebayor müxtəlif klublarda birgə çalışdığı məşqçilər haqqında fikir bildirib. Goal.az xəbər verir ki, toqolu forvard Joze Mourinyoya simpatiyasını xüsusilə ifadə edib.

"Venqer karyeram ərzində çalışdığım ən yaxşı məşqçis deyil. Bu baxımdan Mourinyonu qeyd edərdim. O, komandada inanılmaz birlik yaradır. Tim Şervudun adını çəkməyə bilmirəm. O, Tottenham-də mənə ikinci ata olub. İndi orda Avropanın ən yaxşı məşqçilərindən Maurisio Poçettino işləyir. Onun gələcəyi artıq müəyyənləşib. Yaxın vaxtlarda Poçettinonu Avropanın aparıcı klublarından birində görəcəyik. Manchester City-də oynadığım vaxt Roberto Mançini ilə münasibətim heç vaxt yaxşı deyildi. Nə insan, nə də məşqçi kimi onu bəyənmirdim. Mançininin məşqləri maraqsız keçirdi. Taktikaya çox diqqət yetirilirdi".