Mariana Vasileva: "Gimnastlardan keyfiyyətli çıxış gözləyirəm"


Digərləri 26 Apr 2018 12:29:00 243 0

Mariana Vasileva: "Gimnastlardan keyfiyyətli çıxış gözləyirəm"

Aprelin 27-i Bakıda növbəti gimnastika yarışı - bədii gimnastika üzrə Dünya Kuboku start götürür.

Son.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva komandanın hazırlığı barədə Trend-ə danışıb.

Onun sözlərinə görə, birinci komanda bu il iri turnirlərdə iştirak edib və yaxşı nəticələrə imza atıb. Qrup çalışmalarında isə bürünc medal qazanılıb.