Sarkisyan Ermənistanın partiya sədrliyindən də istefa verdi


Dünya 26 Apr 2018 12:17:17 269 1

Sarkisyan Ermənistanın partiya sədrliyindən də istefa verdi

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib.

Son.az APA-ya istinadən xəbər verir ki, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.

Məlumata əsasən müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.