"Atam 1,5 ilini cəbhədə keçirib"


Kriminal 26 Apr 2018 12:00:00 305 0

"Atam 1,5 ilini cəbhədə keçirib"

Böyük Vətən müharibəsində Azərbaycandan 681 min insan iştirak edib, onların yarısı geri qayıtmayıb. 

Son.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bryanks şəhərində Qaliblər Beynəlxalq forumunda çıxışı zamanı deyib.

Səfir bildirib ki, Böyük Vətən müharibəsi illərində onun atası 1,5 ilini Bryansk cəbhəsində konsertlər verməklə keçirib.

"Atam opera müğənnisi idi və peşəsi üzündən silahla deyil, səs və mahnılarıyla mübarizə aparırdı. Atamla birlikdə ifa etmiş bütün sənətkarların adının qeyd olunduğu və Bryansk cəbhəsinin siyasi şöbəsinin rəhbəri tərəfindən imzalanmış təşəkkür məktubu da daxil olmaqla bir neçə unikal sənəd gətirmişəm", - deyə Polad Bülbüloğlu bildirib.


Xəbərə aid foto