Ermənistanda etirazlar nə vaxt başa çatacaq? - Paşinyandan CAVAB


Digərləri 26 Apr 2018 12:01:14 244 0

Ermənistanda etirazlar nə vaxt başa çatacaq? - Paşinyandan CAVAB

Ermənistan müxalifətinin lideri və deputat Nikol Paşinyan baş nazir təyin olunanadək kütləvi aksiyaların davam edəcəyini bildirib.

Bakı. Ermənistan müxalifətinin lideri və deputat Nikol Paşinyan baş nazir təyin olunanadək kütləvi aksiyaların davam edəcəyini bildirib. Trend-in məlumatına görə, o bu barədə Rusiya mətbuatına müsahibəsində deyib. O qeyd edib ki, hakim Respublika partiyası ona baş nazir olmağa imkan verməyənədək etiraz aksiyaları daha da böyüyəcək. N.Paşinyanın sözlərinə görə, etirazçılar artıq öz namizədini seçib.