İran vətəndaşı sərhədkeçid məntəqəsində qəza törətdi,


Digərləri 26 Apr 2018 11:25:35 244 0

İran vətəndaşı sərhədkeçid məntəqəsində qəza törətdi,

İran vətəndaşı  sərhəd-keçid məntəqəsində qəza törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, aprelin 25-də saat 6 radələrində Qusar rayonunun "Samur" sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə "Volvo" markalı  yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.