12 yaşlı Fidan Hüseynova Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində qalib olub (FOTO)


Digərləri 26 Apr 2018 11:24:00 249 0

12 yaşlı Fidan Hüseynova Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində qalib olub (FOTO)

Dünyanın 16 ölkəsindən, o cümlədən Ermənistandan olan finalçıların arasında Fidan Hüseynova uğurlu çıxışı ilə fərqlənib.

Bakı. İtaliyada keçirilən Beynəlxalq “San Remo – Junior” festivalında 12 yaşlı soydaşımız Fidan Hüseynova iştirak edib və müsabiqənin qalibi olub. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə mverilən məlumata görə, İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, dosent-xoreoqraf, Azərbaycanın əməkdar artisti Mais Nuriyev bildirib ki, dünyanın 16 ölkəsindən, o cümlədən Ermənistandan olan finalçıların arasında Fidan Hüseynova uğurlu çıxışı ilə fərqlənib. Çox güclü rəqiblərlə mübarizə aparan gənc həmvətənimiz Azərbaycan bayrağını yüksəklərə qaldırmağa nail olub. Münsiflər heyətində Mais və Nəzakət Nuriyeva ilə yanaşı təmsil olunan erməni nümayəndənin bütün cəhdlərinə baxmayaraq, festivalın beynəlxalq tərkibli jürisi Fidan Hüseynovanın istedadını yüksək qiymətləndirib. Soydaşımızın uğurlu çıxışı haqqında yalnız jüri üzvləri deyil, festivalda iştirak edən digər sənətçilər və tamaşaçılar da xoş sözlər deyiblər.