Azərbaycan balı organik məhsul sertifikatı ala bilər


İqtisadiyyat 26 Apr 2018 11:08:58 298 0

Azərbaycan balı organik məhsul sertifikatı ala bilər

Azərbaycan Arıçılar Assosiasiyası orqanik sertifikatlaşma ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcək

Azərbaycan Arıçılar Assosiasiyası orqanik sertifikatlaşma ilə bağlıKənd Təsərrüfatı Nazirliyinə müraciət edəcək.

Bunu "Report"a Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycan balına orqanik məhsul sertifikatının alınmasıdır.

"Bunun üçünnazirlikNazirlər Kabinetinə müraciət etməlidir. Azərbaycan balı orqanik məhsul sertifikatı aldıqdan sonra dünya bazarına daha rahat çıxa bilər. Lakin bu, olduqca çətin prosesdir. Çünki həmin sertifikatı əldə etmək baha başa gəlir. Onu xaricdə verirlər. Xaricdən Azərbaycana nümayəndə dəvət etmək isə böyükmaliyyə vəsaiti tələb edir. Həmin xərclərin bir hissəsini dövlət və yaxuddonor təşkilatı üzərinə götürsə proses sadələşə bilər. Yaxud da, 10 arıçı biləşərək bunu həyata keçirə bilər. Orqanik məhsul sertifikatı verənlərin də müəyyən şərtləri var. Şərtlər qutuların rəngli olmaması, magistral yoldan uzaq məsafədə yerləşməsidir. Prosesi həyata keçirmək üçün bir il keçid dövrü verilir", - deyə o, qeyd edib.

Bundan başqa,B.Həsrətovun sözlərinə görə, Ümumdünya Ərzaq Təşkilatı (FAO)Azərbaycanda "Arıçılıq haqqında" qanunadəyişikliklərlə bağlı təkliflər paketi hazırlayıb: "Təkliflərdən biri qanunvericilikdəki "ekoloji təmiz kənd təsərrüfatı" sözünün orqanik" sözü ilə əvəz edilməsidir. Çünki bütün dünyada etiketlərin üzərində organik sözü istifadə edilir".