“Facebook” I rübdə 12 mlrd. dollar gəlir əldə edib


Dünya 26 Apr 2018 11:19:00 237 0

“Facebook” I rübdə 12 mlrd. dollar gəlir əldə edib

Dünyanın nəhəng sosial şəbəkəsi olan "Facebook"un 2018-ci ilin I rübündə xalis gəliri 1,6 dəfə artaraq 4,988 mlrd. dollar təşkil edib.

Son.az APA-ya istinadən xəbər verir ki, 2018-ci ilin I rübündə cəmi aktivlərin həcmi 88 mlrd. 945 mln. təşkil edib ki, bu da ötən illə müqayisədə 29,44% çoxdur.

"Facebook"un cəmi öhdəlikləri 2018-ci ilin birinci rübündə 11 mlrd. 325 mln. təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 73,54% çoxdur.

Şirkətin reklamdan əldə etdiyi gəlir 11 mlrd. 795 mln. təşkil edib ki, bu da 2017-ci ilin birinci rübü ilə müqayisədə 1,5 dəfə çoxdur.