Bakıda silahlı şəxs saxlanılıb


Digərləri 26 Apr 2018 11:18:00 188 0

Bakıda silahlı şəxs saxlanılıb

Bakıda üzərində “Kalaşnikov” markalı avtomat silah gəzdirən şəxs saxlanılıb

Bakı. Samir Əli - Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə A.Hacıyevin əlindəki çantaya baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və patronlar aşkar olunaraq götürülüb.